Bu ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri 257,6 milyon manatlıq xidmət göstərib ki, bunun da 71,2 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,7 faizi və ya 125,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB