TAP layihəsi dayanıqlı gəlirlərin əldə edilməsinə xidmət edir AÇIQLAMA
İtaliyanın Dövlət Şurasının qərarı ilə həmin ölkənin ərazisində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılığın verilməsi bu nəhəng layihənin reallaşdırılmasına verilən əhəmiyyətli bir töhfədir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov deyib. Onun sözlərinə görə, məlum olduğu kimi, layihə Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçməklə Avropaya daşınmasını nəzərdə tutur. TAP layihəsi Azərbaycanın regiondakı rolunu daha gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış olacaq. Məhz bu layihə ölkəmizin təbii qaz ehtiyatlarının dünya bazarlarına uyğun qiymətə satışını və sərmayə axınını təmin edəcək, yeni iş yerlərinin açılmasını, müasir texnologiyanın və innovasiyaların ölkəmizdə inkişafını sürətləndirəcək"..jpg)
TAP layihəsinin fəaliyyətə başlaması Azərbaycanın karbohidrogen resurslarından dayanıqlı gəlirlərin əldə edilməsinə xidmət etməklə, neft hasilatının azalması ilə müşahidə edilən hazırkı dövrdə neft gəlirlərin müəyyən bir hissəsini əvəz edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB