İtaliyanın Dövlət Şurası "Trans-Adriatik" (TAP) qaz kəmərinin tikintisinə icazə verib. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, bu çox sevindirici bir haldır: "Ona görə ki, 3500 km-lik "Cənub Qaz Dəhlizi"nin son mərhələsi TAP boru kəməridir və məhz bu boru kəməri vasitəsi ilə də Azərbaycan qazının 2020-ci ilin əvvəlində Avropadakı istehlakçılara çatdırılması nəzərdə tutulur. Onun tikintisi ilə bağlı rəsmi mərasim 2016-cı ilin may ayında Yunanıstanda keçirilsə də hələ də ümumi boru xətti üzrə bir sıra ekoloji məsələlərə görə tikinti baş tutmurdu. Təbii ki, belə bir halın olması nə Azərbaycanda, nə də qaz hasilatçılarında - Şahdəniz konsorsiumu iştirakçılarında yaxşı ovqat yaratmırdı.
Çünki qazın neftdən bir fərqi var ki, əgər onun istehlakı ilə əlaqə tam qaydasında olmasa, istehlakçı müqaviləyə uyğun şəkildə qaz həcmlərini almasa istehsalçının həmin miqdarda qaz hasilatına başlamasının mənası yoxdur. Yəni bu, çox mürəkkəb, mərhələli sənaye istehsalıdır. Ona görə də belə bir qərarın verilməsi ilk növbədə Şahdəniz-2 layihəsi çərçivəsində nəzərdə tutulan qaz həcmlərinin vaxtında hasilata başlanması, nəqli və satışına imkan yaradan bir amildir. Nəticəsi isə həm Azərbaycanın, həm də şirkətlərin stabil qazanc əldə etməsinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB