İpəkçilik üzrə mütəxəssislər Şəkidə toplanacaqlar

İpəkçilik üzrə mütəxəssislər Şəkidə toplanacaqlar

Aprelin 2-dən 7-dək Şəkidə "İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar" mövzusunda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və bu qurumun Şəki Regional Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Çin və Tailanddan olan nümayəndələr iştirak edəcəklər. BASCA 2005-ci ildə Özbəkistanda yaradılıb və 21 ölkəni əhatə edir. Qeyd edək ki, təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə