"Məzənnədə dəyişiklik proqnazlaşdırılır"

"Məzənnədə dəyişiklik proqnazlaşdırılır"

Bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq, qısa müddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar. Bu sözləri SİA-ya açıqlamasında Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman deməli növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir: "O zaman dollar almaq olar və o artım 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması ilə müşahidə ediləcəksə deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi etimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir. Bütün hallarda, son illər qeyd etdiyim kimi, pul valyuta səbəti formasında saxlanılması daha məqsədə uyğundur: 60 (və ya 50) faiz dollar, 20 faiz avro və 20 (və ya 30) faiz manat. Bu, sığortalanmış valyuta səbətidir. Valyuta bazarındakı tendensiyaların dəyişməsindən asılı olaraq bu faizlər dəyişə bilər. Deməli, fərqli məlumatlar fonundan sizlərin də öz qərarlarınız yığımlarınızı valyuta risklərindən qoruya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə