"Neft Daşları" yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1780 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB