Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə səlahiyyətli qurumlar Azərbaycanla bağlı qərarı gözlənilməzdir. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, Azərbaycanın MSŞT-dakı fəaliyyəti dayandırılması ola bilər ki, bəziləri üçün gözlənilən idi: "Qərar qəbul edənlər fəaliyyətin dayandırılmasını Azərbaycan hökumətinin MSŞT standartlarına və tələblərinə əməl etmədiyi ilə izah ediblər. Bu fikirlərin qərəzli olduğunu və Azərbaycana qarşı ikili standartlar tətbiq edildiyini düşünürəm.
Osman Gündüz qeyd edib ki, müəyyən çətinliklər və problemlər var idi. Lakin problemlərin həlli ilə bağlı müəyyən görüşlər dialoqlar təşkil olunurdu. Dövlətimiz həm bu qurumda, həm də elə irəli sürülən tələblərlə bağlı daha çox işlər görə bilərdi.
MSŞT rəhbərliyindəki Azərbaycanla bağlı ikili standartlar sonda bu cür xoşagəlməz qərarın qəbulu üçün münbit şərait yaratdı. MSŞT kifayət qədər nüfuzlu olduğundan qəbul olunan qərar təbii ki ölkədəki digər məslələrə, şəffaflığa, korrupsiyaya qarşı mübarizəyə, Açıq Hökumət təşəbbüslərinə də mənfi təsir göstərə bilər. Güman edirəm ki problemin həlli hökumətin atacağı addımlardan asılı olacaq. İki yol qalır, ya MSŞT-dən tam imtina edib bu qurumdan çıxmaq ya da danışıqlara gedib, tələbləri müzakirə etmək və vətəndaş cəmiyyəti ilə birgə bu sahədəki problemləri həll etmək daha məqbul olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB