"Azərbaycan İran və Türkiyə ilə viza rejimini ləğvi etsə..." EKSPERT RƏYİ
"Azərbaycanın İran və Türkiyə ilə viza rejiminin ləğvi ilə bağlı məsələ bu ölkələrin prezidentlərin görüşündə öz əksini tapmış məsələdir. Düşünürəm ki, bu məsələnin yaxın zamanda həlli Azərbaycan üçün müsbət mənada dəyişikliyə gətirib çıxara bilər". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan prezident səviyyəsində iranlı investorların ölkəmizə cəlb edilməsində maraqlı olması ilə bağlı mövqeyini ortaya qoyub: "Belə olduqda viza rejiminin ləğvi iranlı iş adamlarının nəinki turizm, o cümlədən digər sektorlara cəlb edilməsi, ölkələr arasında iqtisadiyyatın inteqrasiyanın gücləndirilməsi baxımından müsbət addım ola bilər. Bilirsiniz ki, İran Azərbaycanın qonşu ölkələrindən biri kimi ölkəmizlə viza rejimini ləğv edib. Belə olan halda, əgər vətəndaşlarımız tam sərbəst şəkildə İran ərazisindən istifadə edə bilirsə, bu analoji vəziyyət İran, o cümlədən Türkiyə də aid ola bilər. Əgər İran və Türkiyə ilə viza rejimi ləğv olunsa, bu Azərbaycan turizminin inkişafında da mühüm əhəmiyyətə malik ola bilər".
Azərbaycanla-Rusiya arasında viza rejiminin olmadığını xatırladan ekspertin sözlərinə görə, İran və Türkiyə də viza rejiminin ləğv edilməsini tələb edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB