Rabitə xətlərinin dirəkləri yenilənir

Rabitə xətlərinin dirəkləri yenilənir

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ötən ilin əvvəlindən abunəçilərin internet sürəti və kəsintilərlə bağlı qarşılaşdığı problemin aradan qaldırılması məqsədilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. Bakı Telefon İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib: "BTRİB-in daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılımış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Dəyişkən hava şəraiti ilə əlaqədar rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların qarşısını almaq üçün hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə