İnternetin sürətinin aşağı olmasının səbəbləri

İnternetin sürətinin aşağı olmasının səbəbləri

İnternet artıq günümüzün tələbinə çevrilib və bu səbəbdən internetin keyfiyyətinin artırılması vacib məsələlərdən biridir. Bu sözləri SİA-ya açıqlamasında Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, son dövrlər monitorinqlər göstərir ki, Azərbaycanda internetin keyfiyyətində bir sıra problemlər var: "Bu, öz növbəsində bir sıra amillərlə bağlıdır. Əsasən daha çox provayderlərin məsulliyətsizliyi və daha çox qazanc qazanmaq istəyinin də rolu var. Çox vaxt müqavilədə nəzərdə tutulan surət müştəriyə verilmir. Provayder müqavilədə tutulan surəti müştəriyə vermək üçün özü bəzi miqdarda internet trafiki almalıdır. Hazırda Deltatelecom və Azərtelecom şirkətlərindən internet provayderlər vasitəsilə alınır. Monitorinqlər aparan zaman provayderlərin aldığı və satdığı internetin arasında çoxlu fərqlər nəzərə çarpır. Provayderlər 1 alır, lakin 100 satırlar bu zaman isə balans pozulur".

Osman Gündüz qeyd edib ki, lakin internetin keyfiyyətinin və sürətinin aşağı olması heç də hər zaman provayderlərin məsuliyyəti ilə bağlı deyil: "İkinci problem infrastrukturun yaxşı və keyfiyyətli qurulması məsələsidir. İnfrastruktur məsələsinə ciddi yanaşılmalı, monitorinq aparılmalıdır. Telefon xətləri üzərində olan internetin keyfiyyəti xüsusən çox bərbaddır. Son dövrlərdə torpağın altındakı kabel - kanal sistemi problem olması əsas gətirilərək, yenidənqurma işləri aparılır. Amma bu işlər hələ başa çatmayıb və bu işlər başa çatarsa, telefon vasitəsilə istifadə edilən internetin sürəti arta bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə