SOCAR 18584 metr qazma işi həyata keçirib

SOCAR 18584 metr qazma işi həyata keçirib

2017-ci ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7438 metr, yanvar-fevral aylarında isə 18584 metr qazma işi həyata keçirilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib.

Qeyd edək ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur.

2017-ci ilin fevral ayında qazmadan alınan 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə