Dünya birjalarında neft ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar və ya 0,56% azalaraq 53,53 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar və ya 0,44% azalaraq 56,11 dollar olub.
Azərbaycan neftinin isə qiyməti bir dollara yaxın bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,84 dollar və ya 1,48% artaraq 57,52 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB