2017-ci ilin yanvar ayında hava nəqliyyatı ilə 146,7 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz çox sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəbərdə deyilir ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2016-cı ilin yanvar ayı ilə müqayisədə 22,1 faiz artaraq 13,8 min tona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB