Eldar İbrahimov: "Bu sammit iqtisadi əlaqələri daha da möhkəmləndirəcək”

Eldar İbrahimov: "Bu sammit iqtisadi əlaqələri daha da möhkəmləndirəcək”

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verən dövlətdir. Elə bunun nəticəsidir ki, respublikamızda 2017-ci il "İslam Həmrəyliyi İli" elan edilib. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, Pakistanda İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin keçirilməsi diqqətəlayiqdir.

Millət vəkili qeyd edib ki, sammitdə çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirməlidirlər: "Bu sammit çərçivəsində dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiya yatırımlarının artırılması və səmərəli təkliflərin nəzərə alınması vacib məsələlərdəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə