Türkiyəyə turist kimi gedənlərin sayı 25% artıb

Türkiyəyə turist kimi gedənlərin sayı 25% artıb

Cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 37 455 nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 523 nəfər və ya 25,13% çoxdur. Axar.az bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verib. Bu müddətdə Türkiyəyə səfər edənlərin cəmi sayında azərbaycanlıların xüsusi çəkisi illik müqayisədə 0,99 faiz bəndi artaraq 3,55%-ə yüksəlib.

Qeyd edək ki, hesabat ayında Türkiyəyə səfər edən əcnəbilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,81% azalaraq 1 055 474 nəfər təşkil edib. Əcnəbilərin 53,14%-i və ya 560 880 nəfəri İstanbul, 13,74%-i və ya 145 046 nəfəri Artvin, 11,20%-i və ya 118 260 nəfəri Ədirnə, 6,13%-i və ya 64 653 nəfəri Antalya, 3,09%-i və ya 32 666 nəfəri Ağrıya səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə