Naxçıvanda 157 milyondan çox ÜDM istehsal olunub

Naxçıvanda 157 milyondan çox ÜDM istehsal olunub

Muxtar respublikada bu ilin yanvar ayında 156 milyon 914 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 349,2 manata çatıb.

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 88 milyon 215 min 500 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələyib.

Ötən ay 7 milyon 179 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur. Bu dövrdə muxtar respublika üzrə diri çəkidə 1830,7 ton ət, 1937,1 ton süd istehsal edilib, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 8,5 faiz, süd istehsalı 1,2 faiz artıb.

Əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 103 milyon 537 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 230,4 manat təşkil edib.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2017-ci ilin yanvar ayında muxtar respublikada 24 milyon 681 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 1 faiz artaraq 23 milyon 830 min 600 ABŞ dolları, idxalın həcmi 50,1 faiz azalaraq 850 min 700 ABŞ dolları təşkil edib, 22 milyon 979 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə