SOCAR 645 min ton neft hasil edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayı ərzində 645,1 min ton həcmində xam neft hasil edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ay Azərbaycan üzrə ümumilikdə 3 367,5 min ton xam neft hasil edilib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə neft hasilatı 7,522 mln. ton, Azərbaycan üzrə isə 41,034 mln. ton təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə