2,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

2,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Yanvar ayında "Azərenerji" ASC tərəfindən ölkə enerjisi sistemində 2,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya bildirilib ki, ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub. Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən ilin yanvar ayında ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə