Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100753S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

SİA-nın verdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, sözügedən notların tədavül müddəti 28 gündür.

Bütün xəbərlər Facebook səhifəmizdə