Pakistanda səfərdə olan Azərbaycanın ixrac missiyası İslamabad şəhərində bu ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb. SİA-ya İqtisadiyyat nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması tədbirləri, ölkəmizdə biznes və investisiya mühiti, ixracyönümlü və rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verilib. 70-dən çox Pakistan şirkətinin iştirak etdiyi görüşdə iki ölkənin şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Pakistana ixrac imkanlarına dair müzakirələr aparılıb. Ravalpindi şəhərində isə Azərbaycan şirkətlərinin mümayəndələri 40-dan çox Pakistan şirkətinin təmsilçilərinə Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verib, müzakirələr aparılıb. İxrac missiyasına Azərbaycanda meyvə-tərəvəz, meyvə şirələri, təbii mineral sular, şəkər və qənnadı məmulatları, mebel və digər sənaye məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi daxildir.
İxrac missiyası bu gün Pakistanın Lahor şəhərində olacaq, şirkətlərin iştirakı ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB