Pakistan Azərbaycandan neft və qaz tədarük edəcək

Pakistan Azərbaycandan neft və qaz tədarük edəcək

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycandan neft və qaz tədarükü üzrə sazişin imzalanmasına razılıq verib. SİA Pakistan mətbuatına istinadən xəbər verir ki, bu, ölkənin Yaxın Şərqdən enerji asılılığını azaldacaq.

Qeyd edək ki, 2016-cı il aprel ayında Pakistanın Neft və Təbii Ehtiyatlar Nazirliyi ilə hökumətlərarası görüşdə neft və neft məhsullarının tədarükü üzrə sazişin imzalanması razılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə