Dövlət rüsumlarının məbləği artırıldı 1 milyon manat

Dövlət rüsumlarının məbləği artırıldı 1 milyon manat

Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Layihədə bəzi dövlət rüsumu tutulmalı olan hərəkətlərə görə dövlət rüsumunun məbləğləri artırılması təklif olunur. Əgər əvvəl dərman vasitələrinin topdansatışı üzrə 2250 manat dövlət rüsumu alınırdısa, layihədə bu məbləğ artırılaraq 20000 manat təşkil edir.

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinə (liseylər və gimnaziyalar daxil olmaqla) lisenziyanın verilməsi üçün dövlət rüsumunun məbləği 5 dəfə artırılaraq 10000 manata çatdırılması da təklif edilir. Bundan başqa, ali təhsil müəssisələri və ali dini təhsil müəssisələrinin fəaliyyətinə görə dövlət rüsumunun da 5 dəfə artırılaraq hər biri üçün 13750 manat təşkil etməsi məqsədəuyğun sayılır. Layihədə sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) sahəsində sahibkarlıq fəaliyyətinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun 182 dəfə artırılaraq 1 mln. manata qaldırılması nəzərdə tutulub. Bundan başqa, İP-telefoniya (internet telefoniya) xidmətinə lisenziyanın verilməsinə görə dövlət rüsumunun da 12,5 dəfə artırılaraq 50 000 manata çatdırılması nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə