Dənizdə çalışan işçilər üçün aktiv təhlükəsizlik təlimlərinə başlanılıb

Dənizdə çalışan işçilər üçün aktiv təhlükəsizlik təlimlərinə başlanılıb

SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Hovuz Təlim Kompleksində dənizdə çalışan işçilər üçün aktiv təhlükəsizlik təlimlərinə start verilib.

SİA SOCAR-a istinadla xəbər verir ki, beynəlxalq sferada "BOSIET" adlanan bu təlimlərdə şirkətin əməkdaşlarına dənizdə baş verə biləcək fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları aşılanır. Daimi dənizdə çalışan, həmçinin dənizə ezam edilən hər bir əməkdaş bu kurslarda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə