Dünya bazarlarında neftin qiyməti açıqlanıb. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,85% bahalaşaraq 55,70 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17% ucuzlaşaraq 52,72 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 55,19 və 52,41 dollar təşkil etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB