"Azərbaycan Prezidenti Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çox mühüm sahələrə toxundu və öz tapşırıqlarını, tövsiyələrini verdi. Bunlardan biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. O bildirib ki, müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyi məsələsi fərqli yanaşmalarla həyata keçirilir: "Məsələn, Rusiya təcrübəsində ərzaq təhlükəsizliyi ilə bağlı ərzaq ehtiyatları formalaşır. Mülki müdafiə xarakterli və müxtəlif vəziyyətlərə uyğun olaraq ərzaq ehtiyatları toplanır və müxtəlif şəraitdə saxlanlır. Belə saxlanma yerlərindən biri də Sibirdir. Rusiya növbəti 100 ili əhatə edən ərzaq ehtiyatı yaradıb".
İqtisadçının sözlərinə görə, ərzaq təhlükəsizliyi ölkənin iqtisadi sanksiyalar zamanı az ziyan çəkməsində həyati əhəmiyyətlidir: "Regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramının icrasına həsr olumuş konfransda qeyd edilən əsas məsələlərdən biri də ixracın artırılması, idxal -ixrac əməliyyatlarında şəffaflığın təmin olunması idi. Kənd təsərrüfatı məhsullarının, regionlararası inkişaf da diqqətdə idi. Məlumdur ki, regionların arasında inkişafa görə qeyri- bərabərlik var. Bu il ilk dəfə olaraq 30-a yaxın rayon dövlət büdcəsindən deyil, öz daxili büdcəsindən maliyyələşməyə keçib. Bu da regonların özünü saxlaması, öz iqtisadiyyatını formalaşdırması və kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılmasının təmin ediləcəyi deməkdir. Vacib məqamlardan biri də turizmlə bağlı işlərin görülməsidir. Bölgələrdə turizm infrastrukturunun yaradımasına paralel olaraq turizm mədəniyyətinin, kadrların formalaşması, qonaqpərvərlik ənənələrinin daha da inkişaf etdirilməsi kimi məsələlər önə çıxır". Ekspert deyib ki, Azərbaycanda post neft dövründə bir sıra sahələrin inkişafı aktuallıq kəsb edir ki, bunlar kənd təsərrüfatı, turizm, sənaye istehsalı və digər sahələrdir: "Taxılçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmini kimi ön plana çıxır. Xüsusilə də dövlət başçısı taxıl ehtiyatlarını daxili istehsal hesabına formalaşdırılmasının zəruriliyi vurğuladı. Ümumiyyətlə, son dövrlər ixracın artırılması, 54-ə yaxın kənd təsərrüfatı məhsulunun dünyada berendləşməsi, təbliği üçün işlər başlayıb. Bütün bunlar onu göstərir ki, xarici ixracda məhsulların üzərindən çıxış etmək daha prioritetdir. Konfransda regionlarda yaradılan sənaye parkları, toxuculuğun, baramaçılığın, ipək istehsalının inkişaf etdirilməsi, ipək brendinin formalaşması və s məsələlərə diqqət çəkildi. Bütün bunlar isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün atılan ciddi addımları göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB