“Günəşli” yatağınada daha bir quyu təmirdən sonra istismara verilib
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 3 nömrəli dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3 min 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB