Meşə fondu torpaqlarının icarəyə verilmə müddəti uzadılır Azərbaycanda

Meşə fondu torpaqlarının icarəyə verilmə müddəti uzadılır Azərbaycanda

Azərbaycanda meşə fondu torpaqlarının icarəyə verilmə müddətinin artırılması təklif olunur. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Qanun layihəsi barədə Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə mlumat verərək bildirib ki, Meşə Məcəlləsinə dəyişikliklə bağlı qanunvericilik layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə daxil olub. Onun sözlərinə görə, Meşə Məcəlləsinin 22-ci maddəsinin birinci hissəsində təklif olunan dəyişiklikdə meşə fondu torpaqlarının icarəyə verilməsi müddətinin artırılması məsələsi öz əksini tapıb: "Belə ki, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları müşələrin bərpası məqsədi ilə təyinatı üzrə müşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər"

"Məcəlləyə dəyişiklik sahibkarların imkanlarının genişləndirilməsi məqsədi daşıyır: "Meşə fondu torpaqlarının icarəsi 10,15,18 ilədək verilə bilər. Bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edənin imkanlarının araşdırılmasından sonra müəyyən olunacaq" - deyə V.Əlizadə vurğulayıb.

Dəyişikliklə bağlı çıxış edən komitənin üzvləri Eldar Quliyev. Novruz Aslan və digərləri təklifi yüksək qiymətlənidərək bildiriblər ki, sözügedən məsələ sahibkarar üçün geniş imkanlar yaratmaqla yanaşı. bu sahəyə olan maraqı daha da artıracaq.

Müzakirələrdən sonra qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin yaz sessiyasına tövsiyə edilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Məcəllənin hazırda qüvvədə olan maddəsinə əsasən Meşə Məcəlləsinin 22-ci maddəsinin birinci hissəsində təklif olunan dəyişiklikdə meşə fondu torpaqlarının icarəyə verilməsi müddətinin artırılması məsələsi öz əksini tapıb. Belə ki, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları müşələrin bərpası məqsədi ilə təyinatı üzrə müşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə