Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üçün iş planı
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda 2016-cı ilin payız sessiyasında görülən işlər və 2017-ci il yaz sesssiyasının işplanı komitənin iclasında müzakirə olunaraq təsdiqlənib.
Yaz sessiyasının gündəliyinə 5-i qanun layihələrinə dəyişikliklər olmaqla cəmi 7 məsələ daxil edilib.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri artıq razılaşma mərhələsindədir və mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında təsdiqlənərək yaz sessiyasının plenar iclaslarına tövsiyə olunacaq: "Bunlar, "Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında" qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, "Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında" qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişiklik layihələridir".
Komitə sədrinin müavini Fəttah Heydərov da çıxışı zamanı payız sessiyasında görülən işləri yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB