SOCAR dünyanın bir çox ölkəsinə investisiya yatırır. Lakin 18 milyard dollarla ən böyük investisiya qoyuluşu Türkiyədə reallaşdırılıb. İndiyədək bu investisiya proqramının 9,5 milyard dollarlıq hissəsi həyata keçirilib.
SİA-nın verdiyi məlumata görə, bu sözləri "SOCAR Turkey Enerji A.Ş."nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O deyib ki, bu vaxtadək 11 milyard dollar xərclənib, qalan 7 milyard dollar isə qarşıdakı illərdə həyata keçiriləcək və 2020-ci ilədək başa çatdırılacaq.
"Biz Türkiyəyə investisiya qoyuluşunu 4-5 illik nəzərdə tutmuruq. Uzun müddət bu ölkədə fəaliyyət göstərəcəyik və investisiyalarımız da davam edəcək", - deyə Z.Qəhrəmanov əlavə edib.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB