Gürcüstan parlamentinin azlıqda qalan müxalifət fraksiyası energetika naziri Kaxa Kaladzenin Rusiyanın "Qazprom" şirkəti ilə bu günlərdə bağladığı müqaviləyə kəskin etiraz ediblər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bindan sonra Rusiyadan Ermənistana Gürcüstan ərazisi ilə ötürülən təbii qazın tranzit haqqının ödənilməsi əvvəllər olduğu kimi, faizlə deyil pulla hesablanacaq. Müxalifən bu müqaviləni satqınçılıq adlandırıb və buna görə etiraz aksiyalarına start verəcələrini bildiriblər.
Əslində "Qazprom" Ermənistana Gürcüstan ərazisindən təbii qazın tranziti ilə bağlı hesablaşmada dəyişiklik etməyə fürsət axtarırdı. Kaladze isə Ermənistana tranzit edilən qazın Avropada ən bahalı olduğunu deyib və: Bizin başqa çıxış yolumuz qalmamışdı", - deyə əlavə edib.
Gürcüstanın Milli Birlik Hərəkatının üzvləri "milli maraqları satdığı üçün" energetika nazirinin parlamentdə hesabat verməsini tələb ediblər.
İqtisadi məsələlər üzrə ekspert Qiya Xuxaşvili isə bildirib ki, Ermənistana ötürülən qazın 10 faizinin Gürcüstana verilməsi bizim üçün sərfəli idi: "Amma bu, nə vaxtsa bitməli idi. Rusiya ilə bağlanmış müqavilə köhnəlmişdi, dünya artıq fərqli yanaşmalarla işləyir. Rusiya tərəfi də dünya standartlarına uyğun müqavilə təklif etdi və bağladı. Yeni müqavilədə də "tranzit-pul" formulası keçərlidir. Məsələ burasındadır ki, Rusiyanın verəcəyi pulla 10 faizlik təbii qazı almaq mümkün olmayacaq. Tiflisin bir çıxış yolu var, tranzit haqqını qaldırmaq. Buna da Rusiya çətin ki, getsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB