"Rəqabət Məcəlləsi" deputatları üz-üzə qoydu

"Rəqabət Məcəlləsi" deputatları üz-üzə qoydu

"Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycanda "Rəqabət Məcəlləsinin"qəbul edilməməsi məsələsi gündəmə gəlib. SİA-nın xəbərinə görə, iclasda bildirilib ki, Rəqabət Məcəlləsini 2006-cı ildən Prezident tərəfindən Milli Məclisə daxil olmasına və II oxunuşdan keçməsinə baxmayaraq, daha sonra Məcəllənin qəbuluna imkan verilməyib.

Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Əli Məsimli qeyd edib ki, Rəqabət Məcəlləsi haqqında qanun layihəsi dünyanın bütün ölkələrində qəbul olunmasına baxmayara, bizdə qəbul olunmur: "Ona görə də iqtisadiyyatımızda fəsadlar baş verir. Qanun layihəsi tez bir zamanda qəbul edilməlidir".

Millət vəkili İlham Əliyev də "Rəqabət Məcəlləsinin" qəbulunun gecikdiyini bildirib. O da həmkarları kimi tezliklə Məcəllənin qəbulunun vacibliyini diqqətə çatdırıb.

Komitə sədri Ziyad Səmədzadə isə həmkarlarının sərt çıxışlarına cavab olaraq bu məsələdə Milli Məclisin günahının olmadığını bəyan edib: "Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsi gərək Milli Məclisə daxil olsun ki, bu məsələni komitənin yaz sessiyasının gündəliyinə salaq. Sizin dediyinizdə həqiqət var. Mən rəhbərliklə aidiyyatı qurumlarla danışmışam. Onlar bu istiqamətdə iş görürlər. Qanun layihəsi gəlsə bizə, biz də onu gündəliyə salmasaq, onda Milli Məclisin günahı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə