İndiyədək AÇG-dən 416,5 milyon ton neft və 128,2 milyard kubmetr qaz hasil olunub
İşlənmənin əvvəlindən 2017-ci il yanvar ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarından və "Günəşli" (AÇG) yatağının dərinsulu hissəsindən 416,5 milyon ton neft və 128,2 milyard kubmetr qaz hasil edilib.
SİA-nın verdiyi xəbərə görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.
O bildirib ki, hazırda həmin yataqlardan ayda 2,6 milyon ton neft və 1 milyard kubmetrdən çox qaz hasil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB