"Ölkələrimiz arasında ticarət dövriyyəsi artıb" Səfir

"Ölkələrimiz arasında ticarət dövriyyəsi artıb" Səfir

"Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib. O bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət və humanitar sahədə yaxşı əməkdaşlıq mövcuddur: "İki ölkə arasında ticarət dövriyyəsi 2015-ci ilə nisbətən artıb. 2016-cı ilin ilk 10 ayında bu rəqəm 150 milyon dollar təşkil edib. İllik ticarət dövriyyəsi ilə bağlı yekun rəqəm fevralda açıqlanacaq".

Diplomat ticarət dövriyyəsinin qarşıdakı illərdə daha da artacağına əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə