Neft bahalaşır

Dünya bazarında neftin qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,50 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 55,61 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə