Vergilər Nazirliyinin saytına bir ildə 3 milyondan çox daxilolma qeydə alınıb

Vergilər Nazirliyinin saytına bir ildə 3 milyondan çox daxilolma qeydə alınıb

Vergilər Nazirliyinin saytına il ərzində 3 milyondan çox daxilolma qeydə alınıb. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin 11 ayı ərzində vergi orqanlarına 80 mindən çox müraciət daxil olub və bu müraciətlərin böyük bir qismi qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərdir. Məlumata əsasən, təxminən 44 min vergi ödəyicisi "Vergi borclarının tənzimlənməsi haqqında" Qanundan yararlana biləcək. Borcun silinməsi üçün vergi ödəyicisinin vergi orqanına müraciət etməsinə ehtiyac olmayacaq. Belə ki, bu proseslər elektron qaydada, avtomatik rejimdə həyata keçirilir.

Vergi ödəyicilərinin bu məsələ ilə bağlı hər hansı sualı yaranarsa, onlar vergi orqanlarına, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə, "195" Çağrı Mərkəzinə zəng edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə