"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı - Təl-Əviv marşrutu üzrə uçuşların sayını artırır. SİA İsrail mətbuatına istinadən xəbər verir ki, hazırda qeyd edilən reys üzrə həftədə üç dəfə uçuş həyata keçirilir. Cari ilin mart ayından isə uçuşların sayının 4-ə çatdırılması planlaşdırılır. Cümə axşamı 22:30-da həyata keçiriləcək uçuş daha çox həftə sonu Bakıda istirahət etmək istəyən İsrail turistləri üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB