Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Saatlının qəsəbə və kənd yolları yenidən qurulur. Ən müasir tələblər səviyyəsində inşa edilən yollar kəndlərin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərir.
SİA-nın verdiyi xəbərə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına ötən il tikintisinə başlanılan, uzunluğu 39 kilometr olan və 19 yaşayış məntəqəsini birləşdirən Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd və Azadkənd kənd avtomobil yolunda son tamamlama işləri görülür. Artıq yolun alt hissəsi yenidən qurulub və birinci asfalt örtüyü vurulub. Yeni tikilən yoldan 51 min nəfərdən çox kənd sakini istifadə edəcək. Yüksək keyfiyyətlə inşa edilən yol ağır tonnajlı maşınların da müntəzəm hərəkətinə davamlı olacaq.
Tikinti zamanı bir neçə körpü əsaslı təmir olunub və 7 su ötürücü boru yeniləri ilə əvəzlənib. Rayonun ən ucqar yaşayış məntəqələrini birləşdirən yol yaxın vaxtlarda istifadəyə veriləcək. Yolun tikintisi başa çatdıqdan sonra kənd sakinləri rayon mərkəzinə və ölkənin digər regionlarına rahat gedib-gələ biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB