Qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi üçün...

Qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi üçün...

Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdən keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə qeyd olunur ki, inkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaq

Bütün xəbərlər Facebook səhifəmizdə