"Əsas məqsəd sahibkarlığın inkişafıdır" Nazir müavini

"Əsas məqsəd sahibkarlığın inkişafıdır" Nazir müavini

Milli Məclisin qəbul etdiyi, Prezident İlham Əliyev tərəfindən imzalanan " Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" Qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişiklikərə əsas verir. SİA-nın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib. O bildirib ki, bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik aparılıb, 115 yeni maddə əlavə olunub, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv edilib: "Dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır".

Onun sözlərinə görə, əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına əlverişli şəraitin yaradılması, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşfiq edilməsi, ixracın situmullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

S. Ələkbərov vurğulayıb ki, dəyişikliklər beynəlxalq təcrübə öyrənilməklə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə