Rusiya neft hasilatını azaldır Putin

Rusiya neft hasilatını azaldır Putin

Rusiya neft hasilatını azaldacaq. SİA-nın məlumatına görə, bunu prezident Vladimir Putin keçirdiyi böyük mətbuat konfransında deyib. O bildirib ki, OPEC çərçivəsində razılaşmaya uyğun olaraq Rusiya bu addımı atacaq: "Ümid edirik ki, neft hasilatının azaldırması onun qiymətinə müsbət təsir göstərəcək".

Qeyd edək ki, OPEC-ə üzv dövlətlər yanvarın 1-dən neft hasilatını 1,2 milyon barelədək azaltmaq barədə qərarına gəliblər. Qeyri-OPEC ölkələri də bu qərarı dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə