Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,62 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar artaraq 54,61 dollar olub.
Azərbaycan neftinin isə qiymətində ucuzlaşma qeydə alınıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,79 dollar və ya 1,38 faiz azalaraq 56,35 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB