Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 387,3 milyon manatlıq məhsul istehsal olunub. Metallurgiya sənayesində 2,0 faizlik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,9 faizlik artım müşahidə edilib.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sözügedən müddət ərzində sahə üzrə 48,1 min ton (61,1 faiz çox) polad borular, 316,7 min ton (17,8 faiz çox) polad tökmə, 2,4 min ton (2,5 dəfə çox) ayna çuqun və sair tökmə çuqun istehsal edilib.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB