İkiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırır. Vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydalarının sadələşdirilməsidir. SİA-nın xəbərinə görə, bu barədə "vergilər.az" saytına Vergilər Nazirliyinin rəsmisi Ülvi Yusifov deyib.
Onun sözlərinə görə, hazırda 51 dövlətlə bu cür saziş imzalanıb: "Sazişlərdə rezident və qeyri-rezident şəxslərdən daxil olan müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə formalarının və tələb olunan inzibati prosedurların azaldılması nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB