Şahin Müstafayev: "Ölkədə iqtisadiyyatın yenidən balanslaşdırılması prosesi gedir"
"Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təsir edib, manata təzyiqi artırıb, bunun nəticəsində də ölkədə devalvasiya olub və uzən məzənnəyə keçid həyata keçirilib. Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb". SİA-nın xəbərinə görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisinin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: "Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymətdinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb".
Nazir bildirib ki, növbəti ildə inflyasiyanın bir rəqəmli olması əsas şərtlərdəndir: "Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir. 2017-ci ildə tədiyyə balansının müsbət olacağı proqnozlaşdılır. Qeyri-neft sktorunun inkişafı növbəti illərdə 2 faizdən artıq olacağ nəzərdə tutulub".
Ş.Mustafayev qeyd edib ki, 2017-ci və qarşıdakı 3 il üçün neftin qiyməti 40 dollar götürülüb: "Növbəti ilərdə sənaye ilə bağlı istehsal sahələrinin artırılması nəzərdə tutulur ki, bunun sayəsində də bir sıra yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Əczaçılıq sənayesinin inkişafı eləcə də dərmanla bağlı təlabatın ödənilməsi məqsədilə ölkəmizdə dərman zavodunun təməli qoyulub. Həmin zavodda 90-dan çox adda dərman istehsal olunacaq. Burada vacib olan amillərdən biri ixracyönümlü istehsal edən zavodlarda istehsalın yerli məhsullar hesabına həyata keçirilməsidir. Qeyri-neft sənayesi sahəsində 7.4 faiz artım proqnozlaşdırılır. Respublikanın 19 rayonunda əlavə 29 aqro parkın yaradılması təşviq olunur. Bu parklarda yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Kənd təsərrüfatı torplarından daha səmərəli istifadə olunması, yeni komplekslərin yaradılması da gələcək planlardadandır. Nəqliyyat sahəsində 4 faizdən çox artım proqnozlaşdırılır. Ölkə başçısının tapşırığı ilə sosial layihələr gələn il də davam etidiriləcək. İpoteka sistemi genişləndiriləcək, sosial evlərin tikilməsi ilə həm aztəminatlı ailələr evlə təmin olunacaq həm də məşğulluğun inkişafına öz təsirini göstərəcək. 2017-ci ildə bank sisteminə inamın artırılması da qarşıya qoyulan əsas vəzifələrindəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB