"Hüquq mühafizə orqanlarına ayrılan vəsaitlərə nəzarət gücləndirilməlidir" TƏKLİF
"Prezidentin tapşırıqlarından biri rəqabətə davamlı məhsulların istehsalıdır. Lakin Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında qanun layihəsi hazırlansa da onun qəbulu gecikir". SİA-nın xəbərinə görə. bunu millət vəkili Vahid Əhmədov Milli Məclisdə aparılan büdcə müzakirələri zamanı deyib.
Azərbaycanda azad rəqabət prinsipinin olmadığını deyən millət vəkili qeyd edib ki, bu baxımdan Rəqabət Məcəlləsinin tezliklə qəbul olunmalıdır.
Azərbaycanda bank sistemi ilə bağlı problemlər haqqında fikrini bildirən millət vəkili söyləyib ki, ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra bankların sağlamlaşdırılması istiqamətində onların diaqnostikası həyata keçirilir: "Son müddət ərzində müəyyən banklar bağlandı. Amma buna baxmayaraq bu gün biz bank sistemində sağlamlaşdırma həyata keçirmişik deyə bilmərik . Çünki, bu gün banklar əhaliyə kredit varmir. Bu, çox ciddi problem. Biz iqtisadiyyatımızı inkşaf etdirmək istəyiriksə, ilk növbədə Bank sektorunu sağlamlaşdırmalıyıq. Bu baxımdan düşünürəm ki, Palata işini gücləndirilmiş şəkildə davam etməlidir".
2017-ci il də Azərbaycan üçün o qədər də yüngül olmayacaq. Heç bir maliyyət qlobal böhranı yoxdur, sadəcə neft ixrac edən ölkələrdə neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ilə əlaqədardır. O cümlədən neft hasilatının müəyyən ölkələrdə azalması onların büdcə gəlirlərində problemlər yaradıb. Azəırbaycanda mıhz bu dövlətlər sırasındadrı. Bütün bunlara baxmayaraq gələn ilin dövlət büdcəsində göstərilən rəqəmlər 2017-ci ildə qeyri neft sektorunun inkişafında müsbət addımların atılacağını deməyə imkan verir. Büdcədə neftin qiymətinin 40 dollar həcmində götürülməsi müsbət haldır. Çünki hesab edirəm ki, aparılan danışıqlar digər dövlətlərin neft hsilatının dondurmaması ilə bağlı qəbul etdiyi qərarlar gələn il neftin dünya bazarınakı qiymətinin 45-50 dollar səviyyəsində olacağını göstərir. Lakin unutmayaq ki, 2017-ci ilin dövlət büdcəsində də əsas gəlir mənbəyimiz neft olaraq qalır. İxracımızın 90 faizi neft və neft məhsulları tutur.
V. Əhmədovun fikrincə, gələn il tədiyyə balansının yüksək olması üçün neftin qiymətinin yüksək olması vacibdir: "Düzdür bu gün İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm addımlar atılır. Sənaye parkları yaradılır və ölkəyə investorlar cəlb olunur. Son vaxtlar kənd təsərrüfatının inkişafı ilə əlaqədar Ölkə başçısının rəhbərliyi ilə pambıqçılıq, üzümçülük, tütünçülüyün inkişafı ilə əlaqədar müəyyən datasiyaların ayrılması da müsbət haldır".
Büdcənin xərcləri ilə bağlı bir neçə məsələyə toxunan millət vəkili söyləyib ki, gələn ilin büdcəsində müdafiə xərclərini kəskin şəkildə artırımışıq, o cümlədən səhiyyə sahəsində də xərclər artrılıb: " Lakin elm xərclərinə ayrılan məbləğ çox azdır. Əgər biz elm və səneyenin vəhdətinin təşkili ilə iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, o zaman elmlə bağlı büdcə xərclərinə yenidən baxılmalıdır".
Millət vəkili çıxışı zamanı hüquq mühafizə orqanlarına ayrılan vəsaitlərə nəzarətin gücləndirilməsi təklifini irəli sürüb: "Hesablama Palatası və Maliyyə Nazirliyi hüquq mühafizə orqanlarına ayrılan vəsaitin nəzarətini həyata keçirməlidir. Onlara ayrılan vəasitlərin xərclənməsi, şəffafllığın qorunması və onun üzərində nəzarət mexanizminin olması çox vacibdir. Çünki onlara ayrılan vəsait büdcənin 17 faizini təşkil edir. Büdcənin daha çox ünvanlı olduğunu və layihələr əsasında həyata keçirildiyini nəzər alırıq. Lakin ünvansız xərclərə bu dəfəki büdcədə ayrılan vəsait 4 dəfə artıb. Bu heç də yaxşı hal deyil. Müəyyən suallar doğrurur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB