Ziyad Səmədzadə: “Neftin ucuzlaşması ölkələrdə büdcə azalmalarına səbəb olub”

Ziyad Səmədzadə: “Neftin ucuzlaşması ölkələrdə büdcə azalmalarına səbəb olub”

"Son vaxtlar dünya bazarında neftin qiymətinin aşağı düşməsi bütün dünya ölkələrinində büdcə azalmalarına səbəb olub. Azərbaycan da bundan kənarda qalmayıb. Lakin uzun illər düşünülən siyasət dünyada gedən iqtisadi böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə imkan yaradıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin zədri Ziyad Səmədzadə Milli Məclisdə büdcə zərfinin müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, neftin dünya bazarında ucuzlaşması ölkəmizdə də büdcə gəlirlərinin azalmasına təsir edib: "Bu səbəbdən də ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsi ön plana çəkilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda iqtisadi islahatlarla bağlı mühüm addımlar atılır".

Z. Səmədzadə qeyd edib ki, 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə gec daxil olub: "Obyektiv səbəblərə görə bu il büdcə zərfi Milli Məclisə gec daxil oldu. Lakin bütövlükdə Milli Məclisə daxil olan büdcə zərfinə aid olan sənədlər Azərbaycanın gələcəyi üçün güclü ehtiyatları nəzərdə tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə