Naxçıvan-Məşhəd sərnişin elektrik qatarı ayın sonunda işə düşəcək
Naxçıvan-Məşhəd dəmir yolu marşrutu ilə sərnişin elektrik qatarı bu ayın sonunda işə düşəcək. SİA-nın məlumatına görə, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarı noyabrın 27-30 tarixlərində yola düşəcək.
Qeyd edək ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu müəyyən edilib və sərnişinin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB