“OPEC-in toplantısında yeni kvotaların razılaşdırılması mümkündür”
"Noyabrın 30-da Vyanada keçiriləcək OPEC toplantısında iştirakçı dövlətlərin neft hasilatının azaldılması ilə bağlı yeni kvotaları razılaşdırıb böləcəyi gözləniləndir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, 700 min bareldən çox bir göstərici üzərində də razılığa gəlinməsi mümkündür: "Bundan sonra neftin qiymətləri təqribən bir həftə, yaxud 10 gün ərzində bazarda 50 dolları keçə bilər. Ancaq dekabrın 10-12-də OPEC və Beynəlxalq Enerji Agentliyi noyabr ayında aylıq hasilatlatla bağlı növbəti hesabatlarını açıqlayacaqlar. Onun nəticəsinə görə bazarda qiymətlər korreksiya ediləcək. Yanvarda yenə OPEC ölkələri bir-bir elan edəcəklər ki, hasilatı azaltdıq. Bu, bazara yaxşı təsir edəcək və neftin qiyməti bir az qalxacaq. Sonra fevralda yeni hesabat dərc ediləcək. Hər şey bu zamankı situasiyadan asılı olacaq. Yəni neftin qiymətində daha bir az artım və yaxud azalma gözləmək mümkündür. Lakin neftin qiymətinin birdən- birə 55 dollara qədər yüksələcəyi hələ inandırıcı deyil".
Qeyd edək ki, OPEC –in 30 noyabr iclasında neft ölkələri hasilatın azaldılması üzrə yekun qərar verməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB