Bu ilin yanvar-oktyabrında ölkədə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 14,5 faiz azalaraq 287,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, həmin dövrdə sementin istehsalı 16,8 faiz, beton qarışığının istehsalı 55,4 faiz, tikinti gipsinin istehsalı 20,6 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 47,4 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB