Vüqar Bayramov: “Avro dollara nisbətən ən aşağı səviyyəyə düşüb” MÜNASİBƏT

Vüqar Bayramov: “Avro dollara nisbətən ən aşağı səviyyəyə düşüb” MÜNASİBƏT

"Avro dollara nisbətən son dövrlərin ən aşağı səviyyəsinə düşüb. Artıq birjalarda 1 avro almaq üçün 1.06 dollar almaq lazımdır. Habuki, 1 Avropa puluna bu ayın əvvəllərində 1 dollar 12 sent ödəmək lazım idi". SİA-nın məlumatına görə, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması Donald Trampın ABŞ prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da daha sonra Federel Ehtiyatlar Sisteminin uçot stavkasının artırılması ehtimalları avronu dəyərsizləşdirdi: "FES-in uçot stavkasını artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik edirlər ki, bu da avro təklifini artırır. İtaliyadakı seçkilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oynamır. Bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmadı. Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzər aldıqda Avropa pulunun ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu eyni zamanda dolayısı olsa da valyuta bazarında dollara tələbi daha da artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə